Xəzər Xəbər

Bakıda qətl törədilib, saxlanılan var

Hadisə | 13:27 • 24 Sentyabr 2023
Bakıda qətl törədilib, saxlanılan var

Sentyabrın 24-ü saat 7 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

Nəsimi Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun Nəsimi rayonu, M.Qaşqay kücəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar