Xəzər Xəbər

Dövlət Agentliyi Xocavənddəki mina partlayışı ilə bağlı məlumat yayıb

Hadisə | 09:11 • 19 Sentyabr 2023
Dövlət Agentliyi Xocavənddəki mina partlayışı ilə bağlı məlumat yayıb

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Nəticədə agentliyin 2 əməkaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024