Xəzər Xəbər

Bakıda “BMW”, Sumqayıtda isə “Toyota” qaçırılıb

Hadisə | 13:25 • 6 İyun 2023
Bakıda “BMW”, Sumqayıtda isə “Toyota” qaçırılıb

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə Xezerxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nəsimi rayonu ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ağayev müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhəri ərazisindən isə “Toyota” markalı avtomobilin qaçırılması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xırdalanda gənc qız itkin düşüb
Xırdalanda gənc qız itkin düşüb FOTO
19:48 • 23 Mart 2025
Sabirabadda 3 otaqlı evdə
Sabirabadda 3 otaqlı evdə YANĞIN
14:48 • 22 Mart 2025
Bakıda evdə
Bakıda evdə YANĞIN
14:04 • 21 Mart 2025
Bakıda evdən 20 min manatlıq
Bakıda evdən 20 min manatlıq
12:48 • 21 Mart 2025
Ağsuda
Ağsuda ZƏLZƏLƏ
09:11 • 21 Mart 2025

Xəbər lenti