Xəzər Xəbər

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən saxlanıldı FOTO

Hadisə | 11:55 • 25 Mart 2023
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən saxlanıldı

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib.

Bu barədə Xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N. Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əlavə araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşması da məlum olub.

Rubrikanın digər xəbərləri

Salyanda ana və oğlu qətlə
Salyanda ana və oğlu qətlə YETİRİLDİ
17:52 • 1 Mart 2024
Salyanda bir nəfər evdə yanaraq
Salyanda bir nəfər evdə yanaraq ÖLDÜ
09:05 • 29 Fevral 2024
Sumqayıtda avtomobil
Sumqayıtda avtomobil YANDI
09:05 • 27 Fevral 2024
Bakıda iki avtomobil toqquşub
Bakıda iki avtomobil toqquşub
09:15 • 25 Fevral 2024
Sarayda çoxmənzilli binada baş verən yanğın
Sarayda çoxmənzilli binada baş verən yanğın SÖNDÜRÜLDÜ
00:13 • 25 Fevral 2024
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ FOTO
12:01 • 24 Fevral 2024

Xəbər lenti