Xəzər Xəbər

Şabranda traktor qatarla toqquşub, 1 nəfər ölüb FOTO

Hadisə | 10:16 • 25 Mart 2023
Şabranda traktor qatarla toqquşub, 1 nəfər ölüb

Şabranda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a verilən məlumatda bildirilir ki, martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

İlkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O hadisə yerində ölüb.

 

Araşdırma aparılır.

Xəbər lenti