Xəzər Xəbər

Ağcabədi sakinindən "Kalaşnikov" tapıldı FOTO

Hadisə | 09:45 • 23 Mart 2023
Ağcabədi sakinindən "Kalaşnikov" tapıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən "Kalaşnikov" avtomatı aşkar edilib.

DİN-nin Mətbuat Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Füzuli Atakişiyev tutulub. Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus sandıqça və 5,45 çaplı 10 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti