Xəzər Xəbər

İranda zəlzələ oldu, Naxçıvanda da hiss edildi

Hadisə | 16:17 • 16 Mart 2023
İranda zəlzələ oldu, Naxçıvanda da hiss edildi

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Bu barədəXezexeber.az-a  Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub. Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən APA-ya bildiriblər ki, zəlzələ Naxçıvanda hər hansı bir dağıntıya səbəb olmayıb.

Qeyd olunur ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.

Xəbər lenti