Xəzər Xəbər

Dünənki ağır qəzanın səbəbkarı danışdı VİDEO

"Kimsə o yolda avtomobili 120 km/saatdan aşağı sürətlə idarə etmir"
Hadisə | 11:54 • 15 Mart 2023
Dünənki ağır qəzanın səbəbkarı danışdı

Dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretmə qaydasını kobud şəkildə pozan və bir nəfərin ölümünə səbəb olan sürücü qəzadan danışıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, həmin qəzanı törədən "KİA"markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Seyidov Namiq Mirqasım oğlu DYP əməkdaşları ilə söhbət zamanı sükan arxasında məsuliyyətsizlik etdiyini, tələsdiyi üçün kobud şəkildə manevretmə qaydasını pozduğunu etiraf edib :

"İşə çox vaxt həmin yolla gedirəm və həmin yolda radarların yerini bilirəm. Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram. Nə yalan deyim? Demək olar ki, kimsə o yolda avtomobili 120 km/saatdan aşağı sürətlə idarə etmir. Sadəcə mənim ağılsızlığım orda oldu ki, yük maşınını sağdan keçdim. Keçməsəm düz yol ilə gedirdim" .

Baş verən hadisədə təhlükəsizlik kəməri sayəsində sağ qaldığını vurğulayan sürücü sərnişin xanım da təhlükəsizlik kəmərini taxsaydı bəlkə heç nə olmazdı deyə vurğulayıb.

Qeyd edək ki, ölən şəxsin iki azyaşlı övladı var.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hərəkət iştirakçılarına Yol hərəkəti qaydalara ciddi əməl etmələri, yollarda təyin edilən sürət həddini aşmamaları, təhlükəli manevr hərəkətləri etməməyi və avtomobildə təhlükəsizlik kəmərindən istifadənin vacibliyi barədə dəfələrlə məlumatlar verilməsinə baxmayaraq bəzi sürücülər hələ də, kobud qayda pozuntuları törədərək ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar.

Bir daha bütün sürücüləri yollarda sürət həddinə riayət etməyə və təhlükəli manevrlər etməməyə çağırırıq. Unutmayaq ki, ağır yol nəqliyyat hadisələrinə səbəb olmağınız hüquqi məsuliyyətlə yanaşı bir ömür vicdan əzabı çəkməyinizə və peşmançılıq hissi yaşamağınıza səbəb olur. Belə peşmançılıqlar olmasın deyə vaxtında qaydalara əməl etmək vacibdir. (Trend)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti