Xəzər Xəbər

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb

Hadisə | 20:30 • 10 Mart 2023
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olmuşdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Xəbər lenti

Çox oxunanlar