Xəzər Xəbər

Bakıda atışma: hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb YENİLƏNİB-3/VİDEO

Bakıda atışma olub, 2 nəfər xəsarət alıb
Hadisə | 15:30 • 10 Mart 2023
Bakıda atışma: hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.

Xezerxeber.az-ın DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

15:22

Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

15:05

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb: "Hadisə ilə bağlı əlavə məlumat veriləcək".

14:53

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

"Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək",- DİN-dən bildirilib.

Xezerxeber.az hadisə yerindən videogörüntüləri təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024