Xəzər Xəbər

Metroda cibgirlik edənlər tutulub

Hadisə | 10:32 • 9 Mart 2023
Metroda cibgirlik edənlər tutulub

İctimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, metropolitendə Polis İdarəsinə ayrı-ayrı vaxtlarda qatarda 2 sərnişinin mobil telefonlarının cibgirlik yolu ilə talanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Əli İsayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti