Xəzər Xəbər

Qatar 42 yaşlı kişini vuraraq öldürüb

Hadisə | 22:04 • 1 Fevral 2023
Qatar 42 yaşlı kişini vuraraq öldürüb

Bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Qeyd olunub ki, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar