Xəzər Xəbər

Bakıda partlayış baş verib, dörd nəfər əcnəbi xəsarət alıb

Xəsarət alan Pakistan və Hindistan vətəndaşlarının vəziyyəti açıqlanıb
Hadisə | 11:59 • 31 Yanvar 2023
Bakıda partlayış baş verib, dörd nəfər əcnəbi xəsarət alıb

Bakının Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan və Hindistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar: "Hadisə zamanı evdə olan bədən xəsarəti alanlardan 4-nün də vəziyyəti orta ağırdır. Onlar üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər".

 

Xəbər lenti