Xəzər Xəbər

Bakıda mağazaya silahlı basqın etməkdə şübhəli bilinən şəxs müəyyən olunub YENİLƏNİB

Araşdırma aparılır
Hadisə | 10:39 • 24 Yanvar 2023
Bakıda mağazaya silahlı basqın etməkdə şübhəli bilinən şəxs müəyyən olunub

Paytaxtın Xətai rayonunda mağaza satıcısının 190 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

Araşdırmalarla məlum olub ki, o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 7 dəfə məhkum olunub.

Onun saxlanılması istiqamətində tədbirlər görülür.

09:09

Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən mağazaya basqın edilib.

Xezerxeber.az xəbər verir ki, şəxsiyyəti məlum olmayan şəxs Xətai rayonu, X.Rüstəmov küçəsində yerləşən mağazaya əlində bıçaqla basqın edərək satıcı Gülçöhrə İsmayılovanı hədələyib.

O, mağazadan içində 160 manat olan çantanı və kassada olan 30 manat pulu götürərək ərazidən uzaqlaşıb.

Araşdırma aparılır.

Xəbər lenti