Xəzər Xəbər

Metroda maşinist qatar idarə edərkən ölüb

Hadisə | 09:39 • 23 Yanvar 2023
Metroda maşinist qatar idarə edərkən ölüb

Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Məlumata görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib: "Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

Xəbər lenti