Xəzər Xəbər

Polis silsilə əməliyyatlar keçirib: 65 nəfər saxlanılıb FOTO

Hadisə | 18:00 • 21 Yanvar 2023
Polis silsilə əməliyyatlar keçirib: 65 nəfər saxlanılıb

Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son dövrlərdə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 65 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 170 kiloqram müxtəlif xassəli narkotik vasitə, elektron tərəzilər və 5122 ədəd ekstazi və metadon həbi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, saxlanılan şəxslərdən bir neçəsi narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisindəki əsas tədarükçülərindən biri olublar.

İlkin sorğu zamanı bu şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini bildiriblər. Onların əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə xarici ölkələrinə göndərmək olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan 170 kiloqram narkotik vasitənin qara bazarda qiyməti milyonlarla manata bərabərdir. Bu çəkidə narkotikin dövriyyədən çıxarılması isə yüzlərlə Azərbaycan vətəndaşının həyatının xilas edilməsi deməkdir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti