Xəzər Xəbər

Bakıda 9 yaşlı uşaq ov tüfəngi ilə 7 yaşlı dayısı oğluna xəsarət yetirib

Hadisə | 12:22 • 21 Yanvar 2023
Bakıda 9 yaşlı uşaq ov tüfəngi ilə 7 yaşlı dayısı oğluna xəsarət yetirib

Yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub. 

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti