Xəzər Xəbər

Bakıda oğurluq edib qaçan əcnəbi hava limanında tutulub

Hadisə | 10:52 • 19 Yanvar 2023
Bakıda oğurluq edib qaçan əcnəbi hava limanında tutulub

Bakıda xarici ölkə vətəndaşı oğurluq edib Azərbaycandan qaçarkən hava limanında yaxalanıb.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846.000 rupinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti