Xəzər Xəbər

Sumqayıda oğurluq edənlər tutulub FOTO

Hadisə | 15:47 • 3 Dekabr 2022
Sumqayıda oğurluq edənlər tutulub

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanov tutulublar. Aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub. 

Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim ediliblər.

Həyata keçirilən sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhəri Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar.

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti