Xəzər Xəbər

Aeroportda tapançalı şəxs tutuldu

Hadisə | 10:41 • 19 Noyabr 2022
Aeroportda tapançalı şəxs tutuldu

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan xezerxeber.az-a verilən məlumata görə, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Xəbər lenti