Xəzər Xəbər

Avtovağzalda içərisində 30 000 dollar olan çanta oğurlanıb

Araşdırma aparılır
Hadisə | 12:17 • 7 Noyabr 2022
Avtovağzalda içərisində 30 000 dollar olan çanta oğurlanıb

Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar olan çanta oğurlanıb.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30 000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti