Xəzər Xəbər

Üç avtomobil yanıb

Hadisə | 09:09 • 6 Noyabr 2022
Üç avtomobil yanıb

Qobustan rayonunda (Bakı-Şamaxı avtomobil yolunun 103-cü kilometrliyi) “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göygöl rayonunun Hacıməlik qəsəbəsində isə “SCANİA” markalı qoşqulu yük avtomobilinin qoşqusunun 2 ədəd təkəri, banına yığılan 2 m² sahədə taxta materiallar və üzərinə çəkilən çadır 3 m² sahədə yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərinin Corat qəsəbəsində "BMW" markalı minik avtomobilinin idarəetmə lövhəsi və 2 ədəd oturacağı yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar