Xəzər Xəbər

Qaradağ və Xətai rayonlarında ağır yol qəzaları olub

Hadisə | 13:48 • 24 Oktyabr 2022
Qaradağ və Xətai rayonlarında ağır yol qəzaları olub

Oktyabrın 23-də saat 1 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, qəza nəticəsində xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Oktyabrın 23-də saat 4 radələrində isə Xətai rayonunun Y.Səfərov küçəsində Abşeron rayon sakini T.İmanov sürdüyü “Toyota” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Qəza nəticəsində piyada hadisə yerində həlak olub.

Faktlarla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti