Xəzər Xəbər

Taxta sexində 38 yaşlı kişini "tok" vuraraq öldürüb

Hadisə | 09:43 • 30 Sentyabr 2022
Taxta sexində 38 yaşlı kişini "tok" vuraraq öldürüb

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan xezerxeber.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti