Xəzər Xəbər

Bakıda məşhur gül mağazaları və gözəllik salonları yarıldı - Oğru əyri ayaqları ilə ifşa olundu

Hadisə | 15:23 • 27 Sentyabr 2022
Bakıda məşhur gül mağazaları və gözəllik salonları yarıldı - Oğru əyri ayaqları ilə ifşa olundu

Bakıda 2021-2022-ci illərdə məşhur gözəllik salonları və gül mağazalarından oğurluq edən şəxslə bağlı qərar verilib. 

XəzərXəbər Qaynarinfo-ya istinadən məlumatına görə, Fərid Qənbərov (soyadı şərtidir) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, 2021-2022-ci illərdə iş yeri olmadığından mobil telefon oğurlayaraq, müxtəlif mağazalara satmaqla ehtiyaclarını ödəyib. O, tanınmamaq üçün tibbi maska taxırmış.

Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə, saat 18:20 radələrində gözəllik salonlarının birinin giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edərək, müştəriyə məxsus 285 manat pulla birlikdə 2200 manat dəyərində "Iphone 11” markalı mobil telefonu oğurlayıb.

25 mart 2022-ci il tarixdə, saat 20:15 radələrində "Ay VİP” qadın gözəllik salonuna daxil olaraq, saç ustasına məxsus, 2700 manat dəyərində "Iphone 12 Pro Max” markalı mobil telefonu aparıb.

12 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində müştəri qismində daxil olduğu "Lovely” gül mağazasından bir ədəd "Iphone 13 Pro Max" və "Samsung A10S" markalı mobil telefonları oğurlayıb. Telefonlar mağazanın sahibinə məxsus olub. O, mağaza sahibinə ümumilikdə 4430 manat ziyan vurub.

Fərid Qənbərov 28 mart 2022-ci il tarixdə, saat 20:03 radələrində "Tre Fiori” gül mağazasına daxil olaraq, 1300 manat dəyərində "Iphone 12 Pro Max” markalı mobil telefonu oğurlayıb. 

Bundan başqa, 11 aprel 2022-ci il tarixdə, saat 12:00 radələrində "Bakı Estetik” qadın gözəllik salonunda masanın üzərində olan müştəriyə məxsus "Iphone 12” markalı mobil telefonu götürüb. Telefonun dəyəri 2602 manat olub.

Fərid Qənbərov bir neçə gün sonra "Şehli Beauty” gözəlik salonunda işləyənlərin başalarının qarışıq olmasından istifadə edərək, müştəriyə məxsus 2 ədəd "Samsung" markalı mobil telefonu oğurlayıb. 

Aprel ayının 14-də, saat 19:30 radələrində Bakıdakı gül mağazalarından birinə müştəri qismində daxil olaraq, satış masasının üzərindəki 3 ədəd mobil telefonu ("Iphone 13 Pro Max”, "Iphone X”, "Samsung A10S”) aparıb.

16 aprel 2022-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparıb. Təqsirləndirilən şəxs burda törətdiyi əməlləri etiraf edib. Maraqlıdır ki, oğurluq hadisələrini maska ilə törədən şəxsi polis "uca boyu, arıq, əyri ayaqları ilə" müəyyənləşdirib.

Nərimanov Rayon Məhkəməsi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Rubrikanın digər xəbərləri

Dənizdən meyit tapılıb
Dənizdən meyit tapılıb
15:39 • 19 Aprel 2025
Toyda zəhərlənənlərin sayı artıb
Toyda zəhərlənənlərin sayı artıb YENİLƏNİB-3
12:58 • 19 Aprel 2025
Qaradağda avtomobil su hövzəsinə düşüb
Qaradağda avtomobil su hövzəsinə düşüb YENİLƏNİB
16:55 • 16 Aprel 2025
Körpələr evində yanğın olub
Körpələr evində yanğın olub
10:11 • 16 Aprel 2025
Bakıda yaşayış binasında yanğın söndürülüb
Bakıda yaşayış binasında yanğın söndürülüb FOTO/YENİLƏNİB
17:47 • 15 Aprel 2025
Gəncədə qidadan
Gəncədə qidadan ZƏHƏRLƏNMƏ
20:00 • 14 Aprel 2025

Xəbər lenti

Yardımlıda zəlzələ olub
16:46 • 19 Aprel 2025