Xəzər Xəbər

Hava limanında 3 nəfər tutuldu: bu əməli törədib qaçmaq istədilər

Hadisə | 12:54 • 27 Sentyabr 2022
Hava limanında 3 nəfər tutuldu: bu əməli törədib qaçmaq istədilər

Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçirilib.

XəzərXəbər-in qafqazinfo-ya istinadən məlumatına görə, hava limanında 3 Şri-Lanka vətəndaşı saxlanılıb. Məlum olub ki, onlar həmyerliləri, 1996-cı il təvəllüdlü Pathira Dinuka Nishanthanın şikayəti əsasında tutulublar.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, sentyabrın 21-də gecə saat 23 radələrində Şri-Lanka vətəndaşları - 1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 2000-ci il təvəllüdlü Sedara Munasinghe və 1992-ci il təvəllüdlü Dinesh Geethackarige D.Pathiranı Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış massivindəki evdə döyüblər. Onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.

26 yaşlı Dinuka Pathiranın şikayətindən sonra əməliyyat keçirilib və həmin şəxslər ölkədən çıxmaq istəyərkən saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti