Xəzər Xəbər

Bakıda maşından 17 min manatdan çox pul oğurlandı

Hadisə | 12:47 • 27 Sentyabr 2022
Bakıda maşından 17 min manatdan çox pul oğurlandı

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə M.Xiyabani küçəsində “Mercedes-Benz” markalı avtomobildən 17 250 manatın oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti