Xəzər Xəbər

Ögey oğlunu öldürüb polisi aldatmaq üçün plan qurdu- Bakıdakı qətlin təfərrüatı

Hadisə | 11:47 • 27 Sentyabr 2022
Ögey oğlunu öldürüb polisi aldatmaq üçün plan qurdu- Bakıdakı qətlin təfərrüatı

Xəzər rayonunda ögey oğlunu ailə münaqişəsi zəminində qətlə yetirməkdə təqsirli bilinən Ağamməd Hüseynovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

XəzərXəbər xəbər verir ki, hadisə Buzovna qəsəbəsi Aydın Xəlilov küçəsi döngə 2, ev 7 ünvanında baş verib. Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlu oğulluğu, 1981-ci il təvəllüdlü Həsənov Samir Maşallah oğlunu bıçaqlayıb. Ağır bədən xəsarətləri almış Samir Həsənov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən Ağaməmməd Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Ağaməmməd Hüseynov ifadəsində bildirib ki, hadisə baş verən günü axşam eyvanda oturub yemək yeyən zaman spirtli içki qəbul edib. Bir qədər sonra ailə məişət zəmnində həyat yoldaşı Südabə ilə mübahisə etməyə başlayıb. Stolda olan araq süşəsi ilə Südabənin başına zərbə vurmaq istəyərkən oğulluğu Samirin həyat yoldaşı Samirə həyətə çıxıb üstünə uca səslə qışqırıb onları bezdirdiyini və sərxoş olandan sonra özünü idarə edə bilmədiyini bildirib. Sakitləşib yerində oturan Ağaməmməd fikirləşəndə gəlinin hərəkəti ona pis təsir edib. Təxminən 10 dəqiqədən sonra yerindən qalxıb evə daxil olub və Samirə ilə mübahisə etməyə başlayıb. Əsəbi olduğundan onu ağır sözlərlə təhqir edərək otaqdan çıxıb. Bir müddət sonra evə gələn Samir ondan niyə spirtli içki içdiyini soruşanda Ağaməmməd düz etdiyini və işinə qarşımamasını deyib. Samir ona evi tərk etməsini deyəndə Hüseynov ayağa qalxıb dirsəyi ilə onun qarın nahiyyəsindən bir zərbə vurub. Evdə olan şəxslər onları ayırıblar.

Ağaməmməd Hüseynov ifadəsinin davamında bildirib ki, həmin vaxt onlara qonaq gələn Samirənin anası hüsunu itirərək yerə yıxılıb. Evdəkilər qadına kömək etməyə başlayıblar. Bu zaman Ağaməmməd isə masanın üstündəki bıçağı götürüb çölə çıxıb. Əsəbindən qapının qarşınıda olan avtomaşına əli ilə vurduqda səsə Samir çölə çıxaraq ona nə etdiyini deyərək söyüş söyüb. Ağaməmməd Samirə yaxınlaşaraq köynəyindən tutub və belindən bıçağı çıxarıb ona çoxlu sayda xəsarətlər yetirib. Həmin an arvadı Südabə küçəyə çıxaraq Samirin bıçaqla vurulduğunu görüb qışqırmağa başlayıb. Səsə qonşular gələrək onları ayırıblar. Qonşular Samiri avtomaşınla xəstəxanaya aparıblar. Ağaməmməd isə dəniz kənarına gedib etdiyi hərəkət barədə düşünüb. 

Polislər onu tutacağı təqdirdə özünü müdafiə etdiyini bildirməsi üçün bıçaqla ayağına xəsarət yetirib. Bunu etməkdə məqsədəi tutularkən bıçağın Samirdə olmasını və ondan bıçağı təpiklə vurub yerə salarkən ayağından xəsarət aldığını bildirmək olub. 

Ağaməməd bildirib ki, planını düşünəndən sonra bıçağı dənizə atıb. Təxminən saat 23:00 radələrində evə qayıdıb. Həmin ərəfədə ora gələn polislər onu tutaraq bölməyə aparıblar.

Ağaməmməd Hüseynov əməlindən peşman olduğunu və Samiri yalnız cəzalandırmaq istədiyini qeyd edib.

Məhəkmə prosesində Ağaməmməd Hüseynov ittiham üzrə özünü tam təqsirli bilib. 

Sonda məhkəmənin ökmü ilə Ağaməmməd Hüseynov 16 il müddətinə azadlıqdan məhrum olunub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti