Xəzər Xəbər

Son sutkada vaksin vurulmayıb

Son sutkada Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurulmayıb
Hadisə | 17:55 • 26 Sentyabr 2022
Son sutkada vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə heç bir mərhələ üzrə vaksin vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 886 579, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 579, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 941, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 377 614, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 445 nəfər təşkil edir.

Xəbər lenti