Xəzər Xəbər

Polis əməliyyat keçirib, 96 nəfər saxlanılıb

Hadisə | 10:12 • 26 Sentyabr 2022
Polis əməliyyat keçirib, 96 nəfər saxlanılıb

Sentyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 113, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarılan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 69, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.

Xəbər lenti