Xəzər Xəbər

Xilasedicilər mənzildə meyit aşkarlayıb - Sumqayıtda

Hadisə | 08:56 • 26 Sentyabr 2022
Xilasedicilər mənzildə meyit aşkarlayıb - Sumqayıtda

Sumqayıtda mənzildə meyit aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti