Xəzər Xəbər

Lənkəranda itkin düşən qız görün haradan tapıldı

Lənkəranda itkin düşən 16 yaşlı qız tapıldı
Hadisə | 18:15 • 24 Sentyabr 2022
Lənkəranda itkin düşən qız görün haradan tapıldı
Lənkəranda itkin düşən 16 yaşlı qız tapılıb.
 
Bu barədə "Report"un Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev deyib.

O bildirib ki, rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı sentyabrın 23-ü axşam saatlarında polisə müraciət daxil olub:
 
"Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında o, tapılaraq ailəsinə təhvil verilib".
 
Qeyd edək ki, Ş.Hüseynova ötən gün oxuduğu məktəbdən çıxdıqdan sonra evə qayıtmamışdı.

Xəbər lenti