Xəzər Xəbər

Azərbaycanda gecə saatlarında dəhşətli hadisə: Ölənlər və xeyli yaralı var

TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yayıb
Hadisə | 21:38 • 22 Sentyabr 2022
Azərbaycanda gecə saatlarında dəhşətli hadisə: Ölənlər və xeyli yaralı var

TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yayıb.

XəzərXəbər TƏBİB-ə istinadən xəbər verir ki, baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Qeyd edək ki, Şabran rayonunun Aygünlü kəndi ərazisində mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

xxxx

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti