Xəzər Xəbər

Bakı aeroportunda BƏDBƏXT HADİSƏ: Bir nəfər həyatını itirdi YENİLƏNDİ

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşdı, ölən və yaralanan var
Hadisə | 17:22 • 22 Sentyabr 2022
Bakı aeroportunda BƏDBƏXT HADİSƏ: Bir nəfər həyatını itirdi

Heydər Əliyev Beynəlxalq Hava Limanında kranın aşması faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə XəzərXəbər-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

xxx

Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

XəzərXəbər apa-ya istinadən xəbər verir ki, yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti