Xəzər Xəbər

Öyüd nəsihət verdi, ardınca bacısına görə öldürdü - Əmircandakı qətlin təfərrüatı

Hadisə | 15:25 • 22 Sentyabr 2022
Öyüd nəsihət verdi, ardınca bacısına görə öldürdü - Əmircandakı qətlin təfərrüatı

Paytaxtın Suraxanı rayonunda yeznəsini qətlə yetirməkdə təqsirli bilinən Ramiz Həsənovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

XəzərXəbər xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsində qanlı hadisə baş verib.

Bülbülə qəsəbə sakini, 48 yaşlı Ramiz Həsənov yeznəsi 52 yaşlı Cavanşir Hacıyevlə bir masa arxasında yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Qəzəbini cilovlaya bilməyən qayın bacısının həyat yoldaşını mətbəx bıçağı ilə qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik maddələrdən istifadəyə görə məhkumluq həyatı yaşamış Ramiz Həsənov saxlanılıb.

Təqsirəndirilən şəxs qismində ifadə verən Ramin Həsənov bildirib ki, hadisə baş verən günü evdə olub. Təxminən saat 23:00 radələrində yeznəsi Cavanşır əlində bir şüşə araqla evinə gəlib. Bir az spirtli içki qəbul edəndən sonra Cavanşir yoldaşının onu daima danlamasından gileylənib. Onunla yola gedə bilmədiyini deyib. Bundan sonra onları barşıdırmaq üçün hər ikisi Cavanşirin yaşadığı evə gedib. Otaqda uşaqla oturan bacısına və Cavanşirə nəsihət formasında bildirib ki, bir-biriləri ilə yola getsinlər. Mübahisə etməmələrini xahiş edib. Nazilə ilə Cavanşir ayrı-ayrı otaqlarda qalıblar. 

Ramiz Həsənov daha sonra bildirib ki, bir müddət sonra yeznəsi ilə oturub 2 saata yaxın araq içiblər. Gecə saat 1-də bacısı Ramizə içkili olduqlarını və evinə getməsini deyib. Yarım saatdan sonra gedərkən o, Cavanşirə deyib ki, ailədə problemləri olmasına baxmayaraq bir-birilərinə güzəştə getməyi bacarmalıdırlar. Buna cavab olaraq yeznəsi onun ailə üzvlərini söyməyə başlayıb. Bu zaman Ramiz onun boğazından yapışıb yerə yıxaraq üzərinə çıxıb. Sağ əli ilə masanın üstündən bıçağı götürərək Cavanşirin sinəsinə bir zərbə vurub. Sonra isə onu kənara itələyərək ayağa qalxıb. 

Ramiz Həsənovun sözlərinə görə o, əlindəki bıçaqla bacısının qaldığı otağa keçərək Cavanşiri söyüşlərə görə vurduğunu deyib. Qadın hadisənin şokundan qıışqırmağa başalayıb. Ondan sonra isə nə olduğunu tam xatırlamır.

Məhkəmə prosesində Ramiz Həsənov ittiham üzrə özünü təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Ramiz Həsənov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti