Xəzər Xəbər

Bakıda qadınla görüşə gələn gənci öldürən şəxslə bağlı YENİ XƏBƏR

Hadisə | 14:44 • 20 Sentyabr 2022
Bakıda qadınla görüşə gələn gənci öldürən şəxslə bağlı YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində tanımadığı şəxslərlə dava zamanı ölümə səbəb olan Yəhya Quliyevin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.
 
XəzərXəbər APA-ya istinadən xəbər ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
 
Hökmə əsasən, Yəhya Quliyev 9 il azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, hadisə bu ilin fevralında paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.
 
Qəsəbədə yaşayan 1999-cu il təvəllüdlü Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda yaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gələn şəxslərlə Y.Quliyev arasında mübahisə yaranıb. O, 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyərək ağır xəsarət yetirib. Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.
 
Y.Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
 
Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində iştirak edərək döyüşlərdə yaralanıb. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Xəbər lenti

Çox oxunanlar