Xəzər Xəbər

Bakıda mağazadan 94 minlik OĞURLUQ

Hadisə | 12:05 • 19 Avqust 2022
Bakıda mağazadan 94 minlik OĞURLUQ
Bakıda mağazadan 93 855 manat dəyərində 35 ədəd telefon oğurlanıb.
 
Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93 855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
 

Rubrikanın digər xəbərləri

Xəbər lenti