Xəzər Xəbər

Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs saxlanılaraq - Dispanserə yerləşdirildi

Hadisə | 19:00 • 18 Avqust 2022
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs saxlanılaraq - Dispanserə yerləşdirildi

Sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən videolar yayan daha bir şəxs müəyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə İlkin Çərkəzoğlu adı ilə narkotik maddələri təbliğ edən musiqili videolar yayan İlkin Hüseynli saxlanılaraq polis idarəsinə gətirilib. Onunla profilaktik söhbət aparılıb. İ.Hüseynli etdiyi səhvi səmimi etiraf edib və o, narkotik maddələri təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib. 

 

Əlavə olaraq onun üzərinə baxış zamanı şəxsi istifadəsi üşün əldə etdiyi narkotik maddə olan marixuana da aşkar olunduğundan İ.Hüseynli barəsində inzibati tənbeh tədbiri görülüb.

O, məhkəmənin qərarı ilə  məcburi müalicə üçün Narkoloji Dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti