Xəzər Xəbər

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

Hadisə | 14:11 • 18 Avqust 2022
Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

Sumqayıtda dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti