Xəzər Xəbər

Xilasedicilər 2 nəfərin meyitini çıxarıblar - FHN

Hadisə | 12:41 • 18 Avqust 2022
Xilasedicilər 2 nəfərin meyitini çıxarıblar - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 154 yanğına çıxış, 19 halda köməksiz vəziyyətdə qalma və bir intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 20 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 9 nəfər və intihara cəhd edən 2 nəfər xilas edilib. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti