Xəzər Xəbər

Ləmanı əri yad kişi ilə yataqda tutduğu üçün öldürübmüş – ŞOK DETALLAR

Hadisə | 8,003 | 14:20 • 13 Avqust 2022
Ləmanı əri yad kişi ilə yataqda tutduğu üçün öldürübmüş – ŞOK DETALLAR

Sabunçu RPİ 15-ci PB məsul növbətçisinin 29 noyabr 2021-ci il tarixli raportuna əsasən, saat 13:42-də DİN 102 xidmətinə Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyasında yaşayan Tacəddin Cəfərov küçədə bir qadının huşsuz vəziyyətdə aşkar edilməsi barədə məlumat verib. 

XəzərXəbər xəbər verir ki, baxış keçirilməsi protokolundan görünüb ki, hadisə yeri Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi yaşayış evinin qarşısıdır.

Arxası üstə uzanıqlı vəziyyətdə, üzü qana bulaşmış halda Ləman Ələsgərovanın meyiti aşkar edilib. Xarici müayinə zamanı boyunda, döş qəfəsində, qarın nahiyyəsində, sol əlində və sol bazusunda xəsarət izləri və sıyrıqların olması müəyyən edilib. Cinayətin aləti olan bıçaq evin həyətində tapılaraq, götürülüb.

Həmin gün könüllü olaraq Şəhriyar Ələsgərov (1990-cı il təv.) təslim olub. O, Sabunçu rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qərarına görə, psixotrop maddələrdən istifadə etdiyi üçün İXM-nin 206-cı maddəsi ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ləman Ələsgərovanın meyiti üzərində 9 ədəd yara aşkar edilib. Ölümünə baş vermiş kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, noyabrın 29-u saat 13 radələrində rəsmi nikahda olduğu arvadı Ləman Ələsgərovanın kirayə yaşadıqları Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən evin yataq otağında tanışları Əlibala İbrahimovla mehriban söhbət etdiyni görüb, ona xəyanət etdiyinə əmin olub. Bundan hiddətlənərək qısqanclıq niyyəti ilə həyat yoldaşını öldürmək qərarına gəlib. Buna görə, ov bıçağını cibində gizlədərək, söhbət etmək bəhanəsi ilə qadını evin həyətinə çıxardıb. Bu məzmunda aralarında baş vermiş sözlü mübahisədən sonra hücum edib, müstəsna dərəcədə rəhmsizliklə onun bədən səthinə bıçaqla ardıcıl zərbələr endirib. Bu hərəkəti ilə, Şəhriyar Ələsgərov Ləman Ələsgərovanı qəsdən həyatdan məhrum edib.

Şahid Əlibala İbrahimov bildirib ki, bacısı Mehribanın evində qalmağa gələn Ləman Ələsgərova ilə yaxın münasibəti yaranıb. Onunla cinsi əlaqədə olub. Noyabrın 29-da Ləmanla əri Şəhriyar çöldə mübahisə edəndə, uşaqlar üçün cizgi filmi qoşub, onlarla evdə oturub. Bir neçə dəqiqədən sonra digər bacısı Səyyarə pəncərədən onu çağıraraq, "Şəhriyarın Ləmanı vurduğunu" bildirib. Qapıya çatanadək qadının qışqırıq səsini eşitib. Çölə çıxanda Şəhriyarın sağ əlində bıçağın olduğunu və artıq Ləmana xəsarətlər yetirdiyini görüb. Həmin vəziyyətdə ona yaxınlaşmaqdan çəkinib, düşünüb ki, Şəhriyar onu da vura bilər. Tez evə qayıdıb, qapını bağlayıb. Şəhriyar qapını açmağı və övladlarını verməyini tələb etsə də, onlar qapını açmayıblar. 5-10 dəqiqədən sonra Şəhriyar uzaqlaşıb. Ləmanın qonşusunun qapısının qarşısında hərəkətsiz uzandığını görüblər. Bacısı Səyyarənin sözlərinə görə, üz-üzə dayanarkən, Ləman Şəhriyara "kişi deyilsən, vur" sözlərini deyib. 

 

Şahid əlavə edib ki, hadisə günü bacısı Mehriban ona Ləmanla olan münasibətə son qoymağını deyib. Buna görə o, yataq otağına girib, qadınla söhbət edib. Ləman onu qucaqlayanda, çox güman ki, Şəhriyar bunu görüb.

Məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünüb ki, Şəhriyar Ələsgərovda psixotrop maddə — metamfetamin  qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var.

Məhkəmə iclasında Şəhriyar Ələsgərov ittiham üzrə özünü təqsirli bilib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Şəhriyar Ələsgərovun əməli düzgün olaraq CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə tövsif olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Ələsgərov cəzasını ciddi rejimli CÇM-də çəkməklə 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

Xəbər lenti