Xəzər Xəbər

Arvadına acıqlanıb binanı yandıran kişiylə bağlı MƏHKƏMƏ QƏRARINI AÇIQLADI

Hadisə | 18:00 • 11 Avqust 2022
Arvadına acıqlanıb binanı yandıran kişiylə bağlı MƏHKƏMƏ QƏRARINI AÇIQLADI

Yevlaxda beşmərtəbəli yataqxana binasında qəsdən yanğın törətməkdə şübhəli bilinən Murad Əliyev məhkəmə qarşısına çıxarılıb.

XəzərXəbər "apa"ya istinadən xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Murad Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə avqustun 9-da qeydə alınıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə yaydığı məlumatda bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Yayılan xəbərlərə görə, Murad Əliyev həmin vaxt sərxoş vəziyyətdə olub. Hadisəni törətməsinə səbəb isə həyat yoldaşı ilə aralarındakı mübahisə olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti