Xəzər Xəbər

Çay evində tanışını öldürən şəxsə hökm oxundu

Hadisə | 18:15 • 10 Avqust 2022
Çay evində tanışını öldürən şəxsə hökm oxundu

Bakıda qətl törətməkdə təqsirləndirilən Cavid Ataşzadəyə hökm oxunub və o, il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, polisə ötən il dekabrın 31-də saat 22 radələrində Binəqədi rayonu Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. (report)

 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti