Xəzər Xəbər

Bakıda DƏHŞƏT: Siqaret pulu vermədiyinə görə anasını DÖYDÜ

Hadisə | 15:37 • 10 Avqust 2022
Bakıda DƏHŞƏT: Siqaret pulu vermədiyinə görə anasını DÖYDÜ

Bakıda anasını döyən şəxsin məhkəmə prosesi keçirilib.

XəzərXəbər "Unikal"a istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16A, 10 saylı mənzildə yaşayan A.Orucov (ad-soyad şərtidir) anası S.Orucovadan (ad-soyad şərtidir) siqaret almaq üçün pul istəyib. Lakin, anası pul verməkdən imtina etdiyi üçün yumruqla onun baş nahiyəsindən iki dəfə və kürək nahiyəsindən bir neçə dəfə vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Bu əməlinə görə A.Orucov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilib.

Suraxanı Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında anası A.Orucovdan şikayətçi olmadığı üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, o, Vətən Müharibəsi iştirakçısıdır.

Xəbər lenti