Xəzər Xəbər

Xalq artisti ölümdən döndü: Deyirdilər ki, pul xərcləməyə dəyməz

Hadisə | 14:40 • 10 Avqust 2022
Xalq artisti ölümdən döndü: Deyirdilər ki, pul xərcləməyə dəyməz

Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz atası ilə bağlı paylaşım edib.

XəzərXəbər xəbər verir ki, o atasının səhhətinin artıq yaxşılaşdığını deyib. Şəfəq instaqram hesabında Ramiz Novruzun şəkillərini paylaşaraq bunları yazıb:

"Məndən atamı çox soruşursunuz, Şükür, dualarımız öncə Allahın, sonra isə Heydər Əliyev fondunun köməkliyi ilə yerinə yetdi. Təşəkkürümü bilmirəm necə bildirim. Bizim çəkdiklərimizi heç kim bilmədi.

Heydər Əliyev fondu bizi düzgün ünvana yönəltdi. Maddi olaraq yox, mənəvi çox aciz və əlacsız bir vəziyyətdə idik. Niyə aciz və əlacsız? Bizə bəzi həkimlər çox üzücü bir xəstəlik tarixçəsi demişdi. Hətta pul xərcləməyə belə dəyməz, gözləyin, nə qədər yaşayar, yaşayar dedilər. Bəzən pul belə insana kömək etməyə bilər..."

Rubrikanın digər xəbərləri

Xəbər lenti