Xəzər Xəbər

FHN: Babadağda həlak olan şəxsin meyiti tapıldı

Hadisə | 21:22 • 9 Avqust 2022
FHN: Babadağda həlak olan şəxsin meyiti tapıldı

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə XəzərXəbər-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Çox oxunanlar