Abşeronda qadına qarşı zor tətbiq edilib.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də X.Həsənovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə qızıl boyunbağısını almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.