Xəzər Xəbər

“20 Yanvar”da betonqarışdıran maşın aşdı

Hadisə | 17:10 • 4 Avqust 2022
“20 Yanvar”da betonqarışdıran maşın aşdı

Bu gün Yasamal rayonu ərazisində yük maşınının aşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, H.Zərdabi küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində betonqarışdıran maşın idarəetmədən çıxaraq aşıb. Nəticədə xeyli beton yolun hərəkət hissəsinə dağılıb, ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Qəza nəticəsində insan itkisi baş verməyib.

 

Xəbər lenti