Xəzər Xəbər

Gəncədə ŞOK OLAY: Gənc oğlan evə gec gələn arvadını ...

Hadisə | 15:45 • 1 Avqust 2022
Gəncədə ŞOK OLAY: Gənc oğlan evə gec gələn arvadını ...

Gəncə şəhərində 1988-ci il təvəllüdlü Rüfət şəxsi münasibətlər zəminində arvadı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 9-da, saat 23.00-da baş verib. 
Ətraflı

Rüfət həmin vaxt yaşadığı evdə arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, arvadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2015-ci ildə Xumar ilə rəsmi qaydada ailə həyatı qurub: “Birgə nikahımızdan bir az yaşlı uşağımız var. Son zamanlar aramızda olan münasibət pozulub və yola getməmişik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Xumar  axşam saat 22 radələrində evə gəldiyi üçün aralarında mübahisə yaranıb: “Mübahisə zamanı əsəbiləşərək Xumarın göz nahiyəsinə əlim ilə vuraraq ona xəsarət yetirdim”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xumarın sözlərinə görə, martın 9-da azyaşlı oğlunu hazırlıqdan götürüb və yanlarındakı marketə alış-veriş etməyə getdiyi üçün evə gec gəlib: “Buna görə ərim ilə aramızda mübahisə yarandı və mübahisə zamanı ərim  əsəbiləşərək göz nahiyəmə əli ilə vuraraq mənə xəsarət yetirdi”. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Rüfətin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti