Xəzər Xəbər

65 manata görə iki qadını öldürən yeniyetmələrin YENİ CİNAYƏTİ

Hadisə | 13:45 • 1 Avqust 2022
65 manata görə iki qadını öldürən yeniyetmələrin YENİ CİNAYƏTİ

Tovuzda 65 manata görə iki qadını öldürən yeniyetmələrin yeni cinayəti ortaya çıxıb. 

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulan E.Bağırovun, Q.Quliyevin və oğurluq etdiyinə görə tutulan A.Tağıyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Məşədilər kənd sakini S.Səfərovla birgə iyulun 5-də  İbrahimhacılı kəndindəki daha bir evdən pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları və evi yandırmaları da müəyyən olunub.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin kənd sakinləri 2003-cü il təvəllüdlü Elcan Bağırovun, 2005-ci il təvəllüdlü D.Dadaşov (şərti) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq məqsədilə Yaqut Quliyevaya məxsus evə girmələrinə, daha sonra  Həqiqət Cabbarova və Yaqut Quliyevanın onları görmələri səbəbindən cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq üçün onlara bıçaqla xəsarətlər yetirərək öldürüb və evi yandırıblar. 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti